Pələng çobanı nəvəsinin yanında yedi

Hindistanın Mul şəhəri yaxınlığında pələng çobana hücum edərək onu yeyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 68 yaşlı Mallaji Yegavər sürüsünün yanında düşərgə salıb.

Onun 12 yaşlı nəvəsi də yaxınlıqda yatıb. Gecə pələng içəri girib, adamı meşəyə sürüyərək parçalayıb. Nəvəsinin dediyinə görə, heyvan o qədər səssiz gəlib ki, onu yuxudan belə oyatmayıb. Oğlan babasının olmadığını ancaq səhər anlayıb. O, səhər tezdən görüb ki, babası düşərgədə yoxdur və yatdığı yerdə qan izləri var.

Nəvə həyəcan təbili çalıb, yerli sakinlər və meşə idarəsinin əməkdaşları Yegavərin axtarışına çıxıblar. Onlar kolluqların arasından çobanın qalıqlarını tapıblar. Hadisə şahidlərinin sözlərinə görə, bədənin yuxarı hissəsi pələng tərəfindən tamamilə yeyilib.

Yegavərə hücumdan bir neçə gün əvvəl pələng başqa bir çobanı da elə həmin ərazidə yeyib. Mul şəhərinin səlahiyyətliləri çobanların eyni yırtıcı tərəfindən öldürüldüyünü etiraf edirlər. Onlar şəhərdə patrul xidmətini gücləndirib və kamera tələləri quraşdırıblar. Yegavərin ailəsinə 30 min rupi (təxminən 608 manat) ödənilib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More