Tramp xüsusi nümayəndəsini Moskvaya göndərir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a açıqlaması zamanı deyib.

“Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya qayıdacaq və ümid edirik ki, onlar razılaşacaqlar”, – o bildirib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More