Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub – YENİLƏNİB

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

***
21:27

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More