“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub

“Azsığorta” ASC-nin rəhbərliyində dəyişiklik olub.

APA-Economics” bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, sığorta şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev DŞ-nin müstəqil üzvü təyin edilib. Direktorlar Şurasının sədri vəzifəsinə isə hazırda hər hansı təyinat olmayıb.

Qeyd edək ki, bundan əvvəl bu ilin yanvar ayında Abid Mamedov “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvlüyündən ayrılıb.

Bununla da, “Azsığorta”nın Direktorlar Şurasının üzvlərinin sayı ikiyə enib. Sığorta şirkətinin Direktorlar Şurasının digər üzvü isə Elnur Qurbanovdur.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More