Ermənistan XİN: Azərbaycanla sülh sazişi layihəsi razılaşdırılıb, imzalanmağa hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycannla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin razılaşdırılması və bu barədə danışıqların başa çatması faktını təsdiq edib.

APA xəbər verir ki, Ermənistan XİN bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi diplomatik kanallarla Azərbaycan XİN-ə Ermənistan Respublikasının “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Bakının təkliflərini qəbul etdiyinə dair məlumat verib.

“Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sənədin imzalanma vaxtı və yeri barədə Azərbaycanla məsləhətləşməyə hazırdır”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb:

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More