Xocalı rayonunun Əsgərən qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, “Körpü Bina Tikinti” MMC-yə məxsus “SHACMAN” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü xəsarətlər alıb. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.