BMT-nin buraxılması dünya üçün faciə ola bilər.
APA-nın xəbərinə görə, bunu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneldə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62-ci Sessiyasının sədri, Şimali Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srdjan Kerim bildirib.
Srdjan Kerim geoiqtisadiyyat amilini yaddan çıxarmamağı zəruri sayıb: “Bu gün ABŞ-nin siyasətində baş verən dəyişiklikdən danışırıq. Bunun səbəbi yeni prezident seçilməsi deyil, geosiyasətlə geoiqtisadiyyat arasında münasibətlərlə bağlıdır. ABŞ administrasiyası deyir ki, bu qədər böyük maliyyə vermişəm, nəticəsi necə olub? Yeni düzən isə güclərin, yoxsa maraqların tarazlığı olacaq, buna da hələ cavab yoxdur. BMT-nin buraxılması isə dünya üçün faciə ola bilər. Elə edilməməlidir ki, ABŞ BMT-dən çıxsın. BMT Təhlükəsizlik Şurasında islahatların zamanı çoxdan çatıb. Əgər G20 varsa, niyə buna müvafiq olaraq BMT Təhlüəksizlik Şurasının tərkibi dəyişməsin?!”.
Comments are closed, but trackbacks and pingbacks are open.