Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolununun 138-ci kilometrliyində) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük və minik avtomobilləri toqquşub, 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15.25
Şamaxıda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxı rayonunun Meysəri kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.