Yevlaxda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.