Zaqatalada ölümlə nəticələnən yol qəzasında 7 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1987-ci il təvəllüdlü Zaqatala sakini Şəhla Məmmədova, azyaşlılar Murad Əliyev, Məhəmməd Əliyev, Zümrüd Əhmədova, 1996-cı il təvəllüdlü Şükür Allahverdiyev, 1980-cı il təvəllüdlü Elşən Süleymanov, 1978-ci il təvəllüdlü Səbuhi Əliyev xəsarət alıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
***
15.28
Zaqatalada yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.
“Mercedes”, “Niva” markalı minik avtomobilləri və “Ford” markalı inkassatorun toqquşması nəticəsində bir nəfər – “Niva”-nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb.
Bir neçə nəfərin isə yaralandığı bildirilir. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.