Avropa İttifaqı Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc edilib.
“Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli yolda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq”, – bəyanatda qeyd edilib.
Aİ hər iki tərəfin son illərdə bu istiqamətdə apardığı səyləri yüksək qiymətləndirib: “Bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan mühüm addımlardır. Prosesin uğurla başa çatması üçün hər iki tərəfin eyni dərəcədə konstruktiv və kompromis yönümlü yanaşma sərgiləməsi vacibdir. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və tərəflərin müraciəti halında əlavə dəstək və ekspertiza göstərməyə hazırdır”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.