Asqıranda bədəni

ABŞ-da asqıranda bədənində elektrik yaranmasından şikayətlənən çoxuşaqlı Stiv Lutzenhayzerin ağır xəstəliyə tutulduğu aşkarlanıb.

Lent.az xəbər verir ki, xərçəng diaqnozu qoyulan məktəb müəlliminin hekayəsini “Today” nəşri dərc edib.

2024-cü ilin payızında Lutzenhayzer həkimlərə bıçaq zərbəsi kimi hiss edilən dözülməz bel ağrısından, bədənində uyuşmadan və asqırarkən yaranan elektrik hisslərindən şikayətlənib. MRT müayinəsinin nəticələrinə görə, onun ependimoma – boyun əsasına yaxın onurğa beynində yerləşən aqressiv xoşxassəli şiş aşkar edilib.

Diaqnozdan sonra Lutzenhayzer öyrənib ki, şişi böyüməyə davam edərsə, koordinasiya və sidiyə nəzarəti itirə bilər. Kişi əməliyyata razılıq verib.

Həkimlər şişi çıxara biliblər. Lutzenhayzerə yenidən yeriməyi öyrənmək üçün təxminən bir ay lazım olub.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More