"Boranı" restoranında yanğın söndürülüb – YENİLƏNİB-1 10:29 14 mart 2025

“Boranı” restoranında yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

***

10.20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

10.11

Bakıda “Boranı” restoranında yanğın başlayıb.

FHN-dən APA-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More