Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.
Bu barədə APA-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
23:07
Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.
APA-nın yerli bürosunun məlumatına görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.
Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək
Comments are closed, but trackbacks and pingbacks are open.