Şimali Koreyada 3 nəfər ölkədən qaçmağa cəhd etdikləri üçün yaşadıqları kəndin sakinləri qarşısında açıq şəkildə edam edilib. Onların cəsədləri xalqın gözü qarşısında yandırılıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Buna səbəb onların ölkədən qaçmaq istəmələri olub.
Daily Mail yazır: “Seongjong-ri kəndində Cənubi Koreyaya qaçmağa çalışdıqları üçün uşaqlar da daxil olmaqla üç nəfər qorxuya düşmüş yerli əhalinin gözü qarşısında vəhşicəsinə öldürüldü”.
Məhkumlar – Kim soyadlı iki qardaş və onların 30 yaşlarında olan dostları Ri bir neçə ay qaçmağı planlaşdırıblar. Yanvarın 6-da onlar kiçik bir qayıq almaq üçün kiçik əşyalarını toplayıblar və Cənubi Koreyaya çatmaq üçün çarəsiz dumanda üzüblər.
Comments are closed, but trackbacks and pingbacks are open.