Tualetdə qadınların videosunu çəkirdi, saxlanıldı

Çində 36 yaşlı kişi qadınları tualetdə videoya çəkdiyinə görə saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Çonqinq şəhərində baş verib. 

Qadın binanın 2-ci mərtəbəsindəki tualetə girib və videoya çəkildiyini hiss edib. Sonra isə sevgilisi ilə birlikdə çöldə gözləyiblər.

Qısa müddətdən sonra qadın tualetindən şübhəli bir şəxs çıxıb və cütlük dərhal onu tutaraq, çəkilişlə bağlı suallar verməyə başlayıb. Kişi onların əlindən qaçmağa çalışsa da, pəncərədən yıxılıb.

Nəticədə şübhəli çoxsaylı sınıqlar alıb, lakin onun həyatı üçün təhlükə yoxdur. Kişi saxlanılıb, o, tualetdə qadınları videoya çəkdiyini etiraf edib. Saxlanılan şəxs barəsində cinayət işi açılıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More