Türkiyə yığmasının UEFA Millətlər Liqası oyunları üçün heyəti açıqlanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqasında Macarıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, Vinçenzo Montella heyətə 30 futbolcu cəlb edib.

Türkiyə millisinin heyəti

Qapıçılar: Berke Özer, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkerim Bardakcı, Emirhan Topçu, Eren Elmalı, Kaan Ayhan, Merih Demiral, Mert Müldür, Samet Akaydin, Taha Şahin, Yusuf Akçiçek

Yarımmüdafiəçilər: Atakan Karazor, Demir Ege Tiknaz, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan

Hücumçular: Ahmed Kutucu, Arda Güler, Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, Emre Mor, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün.

Türkiyə millisində 8 itki

Altay Bayındır, Çağlar Söyüncü, Doğan Alemdar, Enes Ünal, Ferdi Kadıoğlu, Ozan Kabak, Yusuf Yazıcı və Zeki Çelik zədə səbəbindən millinin heyətinə daxil edilməyib.

Həmçinin heyətdə yer alan iki futbolçu – Arda Güler ​​və Merih Demiral sarı vərəqə cəzası səbəbindən martın 20-də keçiriləcək Türkiyə – Macarıstan matçında meydana çıxa bilməyəcək.

Türkiyə yığmasına ilk dəfə çağırılan oyunçular

Yusuf Akçiçek, Taha Şahin və Demir Ege Tıknaz ilk dəfə Milliyə dəvət alıblar.

Qeyd edək ki, Türkiyə – Macarıstan görüşü martın 20-si saat 21:00-da start götürəcək. Cavab oyunu isə 2 gün sonra “Puşkaş Arena”da baş tutacaq.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More