“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2024-cü il üzrə mənfəəti kəskin azalıb.
“APA-Economics” xəbər verir ki, sığorta şirkətinin ümumi gəlirləri ötən il 14,3% azalaraq 25,28 milyon manatdan (2023) 21,67 milyon manata enib.
Şirkətin sığorta əməliyyatlarından əldə edilən gəliri isə 11,2% azalaraq 19,58 milyon manata enib. Bu dövrdə xalis sığorta ehtiyatları 2,2 milyon manatdan 769 min manata enib. Başqa sözlə, 65% azalma olub. Şirkətin investisiya gəlirləri 32,4% artaraq 727 min manata, subrogasiya gəlirləri isə 58% artaraq 369 min manata yüksəlib.
“A-Qroup”un ümumi xərcləri 2023-cü ildəki 24,4 milyon manatdan ötən il 21,5 milyon manata enib. Bu isə 12% azalma deməkdir.
Əsas xərc maddələri olan əməliyyat xərcləri (16,6 milyon AZN) və işlərin aparılması xərcləri (4,8 milyon AZN) keçən illə müqayisədə xeyli azalsa da, gəlirlərdəki kəskin azalma mənfəətdəki kəskin azalmanın qarşısını ala bilməyib.
Şirkət bu dövrdə mənfəət vergisini 79,5% azaldaraq 35,8 min manata endirib. Son nəticədə ili 143,2 manat xalis mənfəətlə bitirib ki, bu da əvvəlki ilə nisbətən 4,9 dəfə azdır. Sığorta şirkəti 2023-cü ili 698,9 min manat mənfəətlə bitirib.
1 yanvar 2025-ci il tarixinə “A-Qroup Sığorta”nın aktivləri 0,13% azalaraq 27,09 milyon manata, cəmi öhdəlikləri 6,3% azalaraq 14,07 milyon manata enib. Cəmi kapitalı isə 12,6% artaraq 13,62 milyon manata yüksəlib.
Comments are closed, but trackbacks and pingbacks are open.