Bakı-Ələt yolunda yük maşını yanıb – VİDEO

Bakı-Ələt yolunda yük maşını yanıb.

APA xəbər verir ki, hadisə bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolun 55-ci kilometrliyində qeydə alınıb.

Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı iri həcmli yük maşınında hərəkətdə olarkən yanğın baş verib.

Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək şəxsi heyət və yanğınsöndürən avtomobili ilə qısa müddətdə yanğın söndürülüb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More