Birjalarda qızıl bahalaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib.

APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,37% artaraq 34,43 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More