Daha bir İŞİD lideri öldürüldü

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Lent.az xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında paylaşım edib.

“Bu gün İŞİD-in İraqdakı fərari lideri cəsur əsgərlərimiz tərəfindən amansızcasına ovlandıqdan sonra öldürüldü”, – Tramp yazıb.

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürd Regional Muxtariyyətinin hökumət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More