Kanada heç vaxt ABŞ-nin ştatı olmayacaq – Yeni baş nazir nöqtəni qoydu

Kanadanın yeni baş naziri Mark Karni ölkəsinin heç vaxt, heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağını deyib.

Lent.az xəbər verir ki, Karni ölkənin 24-cü baş naziri kimi and içdikdən sonra jurnalistlərə açıqlama verib.

“Mən açıq şəkildə bildirdim ki, biz heç vaxt heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağıq. Amerika Kanada deyil”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə kanadalıların çoxunun ölkəsini ABŞ-nin 51-ci ştatı olmasının tərəfdarı olduğunu bildirib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More