Avropanın təhlükəsizliyi hazırda fərqli istiqamətdədir.
APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan “Gender- Təhlükəsizlik – İqlim Bağlantısı” adlı paneldə Misirin İnsan Hüquqları üzrə Milli Şurasının Prezidenti, Kemet Butros Ghali Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin Ailə və Əhali Naziri Muşirə Xəttab deyib.
O qeyd edib ki, Avropanın təhlükəsizliyi hazırda fərqli istiqamətdədir:”Bir halda ki, ABŞ-da Donald Tramp hakimiyyətə gəldi, vəziyyət dəyişdi. Avropa İttifaqı hazırda çalışır ki, Aralıq dənizində fəal olsun, həmin bölgələrdəki dövlətlərlə birgə bir çox sahədə əməkdaşlıq aparsın və bu səylərini davam etdirir”.
Muşirə Xəttab insan hüquqlarının qorunmasının dünyada dayanıqlı sülhün bərqərar olmasında rolunun əhəmiyyətindən danışıb.
“İnsan hüquqlarına hörmət prinsipi həmişə prioritet olmalıdır. Avropa İttifaqı insan hüquqlarının müdafiəsi sahəsində də dünya ölkələri ilə əməkdaşlıq etməyə çalışır. BMT-nin Baş Məclisi Fələstin və İsrail dövlətlərinin qurulmasında çoxtərəflilik prinsipi izlənilmir. İnsan hüquqlarının müdafiəsi olmadan, ədalət olmadan nəinki İsrail və ya Fələstində, bütün dünyada sülhdən söhbət gedə bilməz”, – o vurğulayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.