Şəmkirdə iki nəfər qidadan zəhərlənib – YENİLƏNİB

Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın yerli bürosuna verilən xəbərin görə, 14.03.2025-ci il tarixində saat 10:30 radələrində 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (1-i kişi cinsi, 1-i qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

09:32

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More