Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb – FOTOLENT

Culfa rayonunda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayona giriş hissədə, Bayraq Meydanında baş verib.

Qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı “Chery” markalı avtomobil toqquşub.

Qəzada Culfa rayon sakini, 63 yaşlı Məryəm Nəbiyeva, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More