Gəncədə zavoda su qızdırıcı partlayıb, xəsarət alan var

Gəncədə 58 yaşlı kişi yanıq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Cihazqayırma zavodunda baş verib.

Belə ki, Ə.Xudiyev bədənin bir çox hissənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Ə.Xudiyev zavodun vanna otağında duş qəbul edən zaman su qızdırıcı partlayıb, nəticədə o ağır yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More