Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.

Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.

“Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir”, – Zelenski vurğulayıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More