"28 May" metrostansiyasının yaxınlığında mağazada yanğın olub 03:37 17 mart 2025

Bakının Nəsimi rayonunda mağazada yanğın olub.

APA xəbər verir ki, hadisə “28 May” metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More