Bakının Nəsimi rayonunda mağazada yanğın olub.
APA xəbər verir ki, hadisə “28 May” metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.
Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Comments are closed, but trackbacks and pingbacks are open.