ABŞ olmasaydı fransızlar indi almanca danışırdı – Ağ Ev Fransanı belə aşağıladı

“ABŞ olmasaydı fransızlar indi almanca danışırdı.”

APA AFP-yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O Avropa Parlamentinin fransalı deputatının Azadlıq heykəlinin qaytarılması ilə bağlı çağırışını rədd edərək, bildirib ki, ikinci Dünya müharibəsində ABŞ-nin köməyin olmasaydı, Fransada hazırda alman dilində danışırdılar.

“Mənim, aşağı səviyyəli fransalı siyasətçiyə məsləhətim budur – xatırlasınlar ki, yalnız Amerika Birləşmiş Ştatları sayəsində fransızlar indi alman dilində danışmırlar. Buna görə də bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar.”, – o deyib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More