Ağdamın işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat hadisəsi baş verib – YENİLƏNİB

Ağdamın işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli müxbiri xəbər verir ki, qəza zamanı xəsarət alanlar 1998-ci il təvəllüdlü Soltanov Fərid Əlibala oğlu və 1992-ci il təvəllüdlü Hacıyev Elvin Murad oğludur.

Qeyd edək ki, xəsarət alanlar Bərdə Rayon Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma davam edir

Qeyd edək ki, yaralılar Ağdamın işğaldan azad edilmiş ərazilərində tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşlarıdır.

***

20:26

Ağdamın işğaldan azad edilmiş ərazilərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, Sarıcalı kəndi ərazisində hərəkətdə olan minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub.

İki nəfərin xəsarət aldığı qəza ilə bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More