APOEL “Sabah”ın müdafiəçisini heyətinə cəlb etmək istəyir

“Sabah”ın müdafiəçisi Con İrazabal bir neçə xarici klubun maraq dairəsinə düşüb.

Apasport.az saytına verilən məlumata görə, ispan futbolçu ilə maraqlanan klublardan biri də Kiprdəndir.

Ölkənin tanınmış APOEL klubu İrazabalı müəyyən müddətdir ki, izləyir. Yayda isə ona təklif göndərməyi planlaşdırır.

Çempionluq mübarizəsindən uzaq olan Nikosiya təmsilçisi yeni sezon üçün İrazabalı heyətinə cəlb etmək istəyir.

28 yaşlı futbolçunun “Sabah”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 10-dan Masazır klubunda oynayır. İrazabal Azərbaycana gəlməmişdən əvvəl “Mirandes”, “Leyoa”, “Amorbyeta” klublarının formasını geyinib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More