Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır

Bakı şəhərində yeni park salınır.

Park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar” parkının olduğu ərazidə salınır.

Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.

Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.

Qeyd edək ki, ümumilikdə yeni parkın salınmasının iyul ayının sonlarında başa çatacağı nəzərdə tutulur.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More