"Barselona" səfərdə 2:0 geri düşdüyü oyunda "Atletiko Madrid"i 4:2 məğlub edib 02:15 17 mart 2025

İspaniya La Liqasında XXVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün son matçında “Barselona” səfərdə “Atletiko Madrid”lə üz-üzə gəlib.

Gərgin keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Ev sahibləri hesabda 2:0 öndə olsalar da, sonda sevinən tərəf qonaqlar olub.

Matçın son 20 dəqiqəsində üstünlüyü ələ alan “Barsa” rəqibinə ardıcıl 4 top vurmağı bacarıb. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 60-a yüksəldən Hansi Flikin kollektivi La Liqada liderliyə yüksəlib.

İspaniya La Liqası
XXVIII tur

00:00. “Atletiko Madrid” – “Barselona” – 2:4

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More