"Barselona"nın təxirə salınmış matçının tarixi bəlli olub 19:51 17 mart 2025

“Barselona” – “Osasuna” matçının tarixi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

XXVII turun təxirə salınmış oyunu martın 27-də keçiriləcək.

Xatırladaq ki, görüş martın 8-də reallaşmalı idi. Lakin kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə salınıb.

Qeyd edək ki, “Barselona” 60 xalla turnir cədvəlinə başçılıq edir.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More