“Fənərbaxça” öz meydanında vacib iki xal itirib

Türkiyə Super Liqasında XXVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün son matçında “Fənərbaxça” öz meydanında ” Samsunspor”u qəbul edib.

“Sarı-lacivərdlilər” vacib xal itkisi ilə üzləşib.

Gərgin keçən qarşılaşmada qol səsi çıxmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Fənər”in “Qalatasaray”la hazırkı xal fərqi 9-a bərabərdir.

Türkiyə Super Liqası
XXVIII tur

21:30. “Fənərbaxça” – “Samsunspor” – 0:0

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More