Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını təklif edirik.
APA xəbər verir ki, bunu “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forum çərçivəsində təşkil edilmiş panel müzakirəsində “Türkmaneli” qəzetinin baş redaktoru, tarixçi, yazıçı-jurnalist Necat Kevsəroğlu deyib.
“Belə bir mərkəzin olması bizim ədəbiyyatımızın, atalar sözlərimizin, adət-ənənələrimizin müqayisəli şəkildə araşdırılıb gələcək nəsillərə ötürülməsi baxımından çox vacibdir. Azərbaycanlı dahilərin, elm adamlarının əsərlərinin ölkəmizdə tanıdılması baxımından belə bir mərkəz olsa, çox yaxşı olar. Professor Qəzənfər Paşayevin kərküklər haqqında yazdığı kitablar da o mərkəz üçün əvəzsiz töhfə olacaq”, – o qeyd edib.
Comments are closed, but trackbacks and pingbacks are open.