Bolqarıstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqlarının başa çatmasını alqışlayır.
APA xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Bolqarıstan tərəflərin yaxın zamanda müqaviləni imzalayıb təsdiqləyəcəyinə ümid edir.
“Ermənistan və Azərbaycan arasında davamlı sülhün, Cənubi Qafqaz xalqları üçün sabitliyin və iqtisadi tərəqqinin vaxtıdır”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.