Şəkidə 4 otaqlı yaşayış evi yanıb

Şəkidə 4 otaqlı yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 21 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsində Sahid Vahid oğlu Nəsirova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü 4 oatlı evdə yanğın baş verib.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More