Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma işləri bizi sevindirdi.
Bunu APA-ya açıqlamasında “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forum çərçivəsində Bakıya gələn İraqın “Türkmana yardım gəncləri” könüllü hərəkətının sədri İsmayıl Bəyoğlu deyib.
“Biz foruma İraqdan, Kərkükdən gəlmişik. İşğaldan azad olunmuş ərazilərdə, Şuşada olduq. Ermənilərin o torpaqlarda törətdiyi vəhşiliyi, dağıntıları gördük. Evləri, məktəbləri dağıdıblar, hər yeri yandırıblar. Amma Azərbaycanın azad etdiyi ərazilərdə apardığı bərpa, yenidənqurma işlərinin də şahidi olmaq bizi sevindirdi. Bu gün birlik, bərabərlik günüdür. Türk dünyası birlik olsa, heç kim bizə qalib gələ bilməz. Bu Forumun təşkili üçün Azərbaycan prezidenti cənab İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirəm”, – o bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.