Ucarda açıq sahədə yanğın olub – FOTO

Ucarda güçlü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisində, bələdiyyəyə məxsus açıq ərazidə qeydə alınıb.

Təqribən 2,5 hektar ərazidə olan kol-kos və yabanı ağaclar yanıb. Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb və əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə səbəb yaxınlıqdan keçən kanalın kənarındakı quru kol-kosun yandırılması olub.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More