“Fitch Ratings” qızılın 2025-2027-ci illər üzrə qiymət proqnozunu artırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi qızılın 2025-2027-ci illər üçün qiymət proqnozunu yüksəldib.

APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Məlumata görə, “Fitch” 2025-ci il üzrə qızılın orta qiyməti ilə bağlı proqnozunu 2100 dollardan 2400 dollara, 2026-cı il üzrə 1700 dollardan 2100 dollara, 2027-ci il üzrə isə 1700 dollardan 2000 dollara qədər artırıb. Başqa sözlə, proqnoz 2025-2027-ci illər üzrə 300-400 dollar artırılıb. Agentlik qeyd edib ki, proqnozun artırılması geosiyasi risklər səbəbindən investorların qızıla tələbinin artması ilə bağlıdır.

“Fitch” 2028-ci il üzrə isə qiymət proqnozunu 1800 dollardan 1600 dollara endirib. Analitiklər hesab edir ki, bu, bazarın sabitləşməsi, ticarət risklərinin azalması və ya alternativ investisiyalara yönəlmə ilə izah edilə bilər. Agentlik həmçinin qızıl uzunmüddətli qiymət proqnozunu da 1600 dollar müəyyən edib. Bu da qızılın strukturlaşdırılmış dəyər dinamikasını əks etdirir.

Qeyd edək ki, son günlər qızılın qiyməti rekord həddə yüksəlib. Martın 19-da əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 046 ABŞ dollarını ötüb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More