İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbələri nəticəsində azı 10 fələstinli həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın qeyd edir ki, helikopter Fələstin anklavının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərindəki qaçqın çadırlarına bir sıra zərbələr endirib.
Qəzzanın mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin də atəşə tutulduğu barədə xəbərlər yayılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.