Messi yığmaya çağırılmayıb

Futbol üzrə Argentina millisinin Uruqvay və Braziliya ilə oyunlar üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, Lionel Messi milliyə dəvət alan futbolçuların siyahısında yer almayıb.

Ulduz futbolçu zədə səbəbindən heyətə daxil edilməyib.

DÇ-2026-nın seçmə mərhələlərində keçirdiyi 12 oyundan sonra 25 xal toplayan Argentina ən yaxın izləyicisi Uruqvayı 5 xal qabaqlayaraq, zirvədədir.

“Tanqoçular” martın 22-də Uruqvayın qonağı olacaq, martın 26-da isə Braziliyanı qəbul edəcək.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More