Şəhid Atakişi Atayev Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

Birini Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Qəhrəman oğlu Atayev paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.

Xatırladaq ki, o, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndi ərazisində itkin düşmüşdü.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More