Şəkidə yol qəzası olub, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB – FOTO

Şəkidə yol qəzasında 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1993-cü il təvəllüdlü Şəki rayon sakini Allahyar Qəhrəmanov və Zaqatala rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Ramazanov ölüb.

Zaqatala rayon sakini 1982-ci il təvəllüdlü Qəşəm Mustafazadə və 1992-ci il təvəllüdlü Yaşar Əhmədov xəsarət alıb.

Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

***

10.49

Şəkidə ağır yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində ölüb. Daha bir nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More