Timsah məktəblini parçaladı

Keniyada bir məktəblini timsah parçalayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Bomet inzibati rayonunda baş verib. Timsah 16 yaşlı oğlanı sahildən tutaraq suyun altına çəkib.

Daha sonra hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şagirdin qalıqlarını çaydan çıxarıblar.

Yerli hakimiyyət orqanları qeyd edib ki, bu hadisə ərazi üçün ilkdir. Çünki burada timsah demək olar ki, yoxdur. İlkin məlumatlara görə, timsah Masai Mara qoruğundan qaçıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More