Zelenski Trampın Putinlə telefon danışığını şərh etdi

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.

Lent.az xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər”, – deyə Zelenski bildirib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More