Ağ Evdən Baydenə ağır ittiham – 8 milyon toyuğu öldürüb

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təxminən 8 milyon toyuğu kəsərək yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında məlumat verib.

O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuğu məhv etdiyini deyib.

Livitt ölkədəki yumurta böhranını “Bayden böhranı adlandırıb. Livitt qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.

Bildirilir ki, yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi maksimuma çatıb.

Bundan əvvəl ABŞ-da yumurtanın qiymətinin artması ilə əlaqədar yoxlamalara başlanmışdı.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More