Oğurluq edənləri polis saxlayıb.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən 7830 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Sumqayıtda da oxşar hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 2500 manat pulu və qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı X.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Suraxanı rayonunda isə bir avtomobildən 800 manat pul, 2 ədəd mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı T.Mehtiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun axtarışda olması da məlum olub. Araşdırmalar davam etdirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.